Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altına alıb.
Bakupost.az xəbər verir ki, rayonda yağan güclü yağışlar nəticəsində əmələ gələn sel suları “Yeddipara” adlanan Udullu kənd ərazi vahidliyində yaşayış evlərini basıb.
Sakinlərin sözlərinə görə, Harami dağından gələn sel Şorbaçı, 1-ci və 2-ci Paşalı kəndlərində həyətyanı sahələrə dolub.
Dərhal FHN-in Muğan Regional Mərkəzinin qüvvələri ərazilərə cəlb olunub.
Qeyd olunub ki, hazırda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi işləri həyata keçirilir.
Bundan əlavə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən rayonun Qarasu kəndi yaxınlığında ferma ərazisində köməksiz vəziyyətdə qalmış 2 nəfər təxliyə edilib.
Görüntüləri təqdim edirik: