Ru
14:30 / 12 İyul 2025

Azərbaycanda bu şəxslərin maaşı 3743 manat oldu

Azərbaycanda bu şəxslərin maaşı 3743 manat oldu
Eye

Ölkdə üzrə ən yüksək orta aylıq nominal əməkhaqqı mədənçıxarma sənayesindədir.

Dövlət Statistika Komitəsindən Bakupost.az -a verilən məlumata görə, bu sektorda orta aylıq nominal əməkhaqqı 3 743 manat təşkil edir.

Orta aylıq nominal əməkhaqqının yüksək olduğu digər sahə maliyyə və sığorta sektorudur. Bu sahədə işləyənlərin orta aylıq nominal əməkhaqqları 3148 manat təşkil edir.

Ən aşağı orta aylıq nominal əməkhaqqı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsindədir. Bu sektroda fəaliyyət göstərənlər 681,7 manat maaş alırlar.

Ümumilikdə rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksəkdir.

Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,1 faiz artaraq 1095,0 manat təşkil edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar