Ru
18:17 / 28 May 2026

Azərbaycanda kərə yağı ilə bağlı qərar verildi

Azərbaycanda kərə yağı ilə bağlı qərar verildi
Eye

Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrdən 9 min 76 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.

Bakupost.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu məhsulların dəyəri 57 milyon 476 min ABŞ dolları təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 246 ton (2,6%), dəyər baxımından 7 milyon 997 min ABŞ dolları (12%) azdır.

Hesabat dövründə kərə yağı və süddən hazırlanmış digər yağlar Azərbaycanın ümumi idxalının 1%–ni təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 17 milyard 403 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 11 milyard 879 milyon ABŞ dolları ixracın, 5 milyard 525 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 35,2% artıb, idxal isə 32,1% azalıb.

Şərhlər
  • Rəşid Məmmədhüseyn

    Hanı qərar? Niyə bizi qandrırsınız?

  • Ziyarət

    Ayıb deyilmi?Bu nə yazıdı.Mövzu ilə məzmunu uyğun gəlmir.

  • Rəşid

    Ayıb olsun sizə bu qədər insanın haqqına girib vaxtın alırsız.

  • Çiçək

    Nə qərarı?

  • 17 milyard 403 milyon

    17 milyard 403 milyon ABS Dollari hansi bankdan çixib ?!

  • KeKo

    Jurnaıiste oxşar yoluqlara yazı dərc etmək tapşırılanda belə olur.

  • Shohrat

    Nə qərarı? Ya peşəkar xəbər yayın, ya da alın içinizə oturun!

  • Vətəndaş

    Savadsız jurnalist. Yazdığın başlığa görə açdım,içi n oxumağa, yenə də əsəbiləşdim. Başlıq-? :nə qərar verilib ki? Müəllimi imtahan edənlərin gözləri niyə bunları görmür?

  • Əli Əkbərli

    Hökümət gözəl qərar verər, hamı padvalda özünə xəbər saytı açıb millətin əsəbi ilə oynamasın, belələrini cərimləsin, lazımsız saytın bağlasın

  • Mehdi

    Utanmirsiniz da,

  • Rovshan

    Soxum başlığınıza və xəbərinizə. Bacarmərsəzsa, saytı bağlayın, gedin qoyun otarın.

  • Wikayetci

    Ay werefsiz ne gerar verildi hanı gerar?

  • Etibar

    Ayib olsun başlig yazana

  • Mehman

    Yalandan qərar verildi yazırsınız...Bu qədər insanı ələ salısınız. Haram olsun!

  • Abdullah

    Deyəsən o parkovkada tək gözlü qıjı dayı indi bu səhifəni işlədir..

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar