Ru
17:40 / 24 Oktyabr 2026

Azərbaycanda kombi dövrü başa çatır? - Yeni istilik sistemi ilə bağlı AÇIQLAMA

Azərbaycanda kombi dövrü başa çatır? -  Yeni istilik sistemi ilə bağlı AÇIQLAMA
Eye

2035-ci ilədək mövcud yaşayış və kommersiya binalarında qazla işləyən istilik avadanlıqlarının elektrik istilik nasosları ilə əvəzlənməsi hədəfi vətəndaşların qarşısında bir sıra suallar yaradır.

İllər əvvəl öz vəsaiti hesabına kombi sistemi quraşdıran ev sahibləri mövcud avadanlıqlarını dəyişməli olacaqlarmı? Yeni sistemə keçid məcburi xarakter daşıyacaqmı və bu, ailələrin kommunal xərclərinə necə təsir göstərəcək?

"Bakupost" xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a danışan beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov qazla işləyən kombilərin elektrik istilik nasosları ilə əvəzlənməsinin enerji səmərəliliyi və ətraf mühitin qorunması baxımından müsbət addım olduğunu bildirib.

Bununla belə, Azərbaycanda belə bir keçid zamanı əhalinin maddi imkanları mütləq nəzərə alınmalıdır.

Ekspertin sözlərinə görə, Avropa ölkələrində tətbiq olunan enerji səmərəliliyi və ESG meyarları da bu istiqaməti dəstəkləyir. Lakin yeni texnologiyaların tətbiqi zamanı sosial və iqtisadi amillər diqqətdən kənarda qalmamalıdır.

“Bu gün orta statistik Azərbaycan ailəsi gəlirinin təxminən 55 faizini ərzaq xərclərinə yönəldir. Bu, kifayət qədər böyük məbləğdir. Kommunal ödənişlər, kreditlər və digər gündəlik məsrəflər də ailə büdcəsinə ciddi təsir göstərir. Belə bir şəraitdə vətəndaşdan evindəki işlək kombini sökmək, yeni avadanlıq almaq və quraşdırma üçün əlavə vəsait xərcləmək tələb olunarsa, bu, ailələr üçün ciddi maliyyə problemi yarada bilər”, – deyə mütəxəssis vurğulayıb.

Asif İbrahimov qeyd edib ki, elektrik istilik nasosları düzgün seçildikdə və quraşdırıldıqda enerji istehlakını azalda bilər. Ancaq əldə olunacaq qənaət bir neçə amildən, o cümlədən elektrik enerjisinin tariflərindən, binanın istilik izolyasiyasından və avadanlığın qiymətindən asılıdır.

Onun fikrincə, yeni sistemə keçid proqramı hazırlanarkən ailələrin əvvəlki və sonrakı kommunal xərcləri müqayisəli şəkildə hesablanmalıdır.

Əks halda, enerji səmərəliliyinin artırılması məqsədilə həyata keçirilən dəyişikliklər vətəndaşlar üçün əlavə maliyyə yükünə çevriləcək.

Ekspert hesab edir ki, 2035-ci ilədək nəzərdə tutulan keçid mərhələli şəkildə həyata keçirilməli, mövcud kombilərin hansı hallarda istifadədə qala biləcəyi barədə aydın qaydalar müəyyənləşdirilməlidir.

“Vətəndaşlara uzun müddət əvvəl öz vəsaitləri hesabına quraşdırdıqları avadanlığı dərhal dəyişmək məcburiyyəti yaradılmamalıdır. Yeni sistemə keçid zəruri hesab edilərsə, dövlət tərəfindən subsidiya, güzəştli kredit və digər dəstək mexanizmləri tətbiq olunmalıdır”, – deyə o, bildirib.

Asif İbrahimovun qənaətinə görə, yaşıl texnologiyaların tətbiqi əhalinin həyat şəraitini yaxşılaşdırmalı, enerji xərclərini azaltmalı və uzunmüddətli iqtisadi fayda yaratmalıdır. Yeni avadanlığın alınması və quraşdırılması üçün tələb olunan ilkin xərcin necə qarşılanacağı isə əvvəlcədən müəyyənləşdirilməlidir.

Mütəxəssis vurğulayıb ki, modernləşmə proqramları əhalinin real gəlirləri ilə uzlaşdırılmalı, vətəndaşlar həm ətraf mühitin qorunmasından, həm də yeni texnologiyaların iqtisadi üstünlüklərindən faydalana bilməlidirlər.

Beləliklə, qazla işləyən kombilərdən elektrik istilik nasoslarına keçidin Azərbaycan ailələri üçün hansı şərtlərlə həyata keçiriləcəyi, mövcud avadanlıqların istifadəsinə hansı qaydaların tətbiq olunacağı və xərclərin necə tənzimlənəcəyi əsas məsələlər olaraq qalır.

Yaşıl keçid ailə büdcəsinə əlavə yük deyil, uzunmüddətli qənaət gətirməlidir.

Şərhlər
  • Elşən

    Boş söhbətdi . Yeni tikiləcək binalara aiddi . 5 mərtəbədən hündür olan binalarda qazla işləyən kombilər qadağan olunacaq

  • İlqar əliev

    DAY DEYİN BİR DİLLİ ÖLÜNDƏ

  • Украини Чернигов-Задэ

    Ка задумали Так и будет сделано

  • Scorpi

    Besdirin bezdirdiz olkeni terk etmek mecburiyyetine qoymayin insanlari!

  • Scorpi

    Qoymayineee nefes alaq hardan pul qopardacagini bilmirsiz artiq. Qazla isiq birdir?! Camaat gucnen kimbinin pulunu odeyirdi isiqla islese millet qirilacaq soyuqdan isiq pulu catdira bilmeyecek. Bu ne beladi dusmusuk bu olke idarecileri niye basqa sahelere fikr vermir?! Tehsil, sehiyye batiriqee ancaq insanlarin cibini gudurler gorek harda kislarod var onuda baglasinlar cerimeler bes deyilmis kimi.

  • Firudin

    Электрообогреваемые дома пойдут тропиках или местах ближе экватору.У них феврале плюс 28.У нас феврале минус10!.Есть тропический вариант проекта домов.Есть северный русский.На улице минус 40.дома ходят футболках.Учись студент.!

  • Sizin kəşfiniz hamıya ziyan vuracaq, bu qarğışına

    Ah nalənin qarşısında dura biləcəksiz?

  • ulvi

    beli bugün bu munkundu texnolgiyanin ikisafi çox sürətlə inkişaf edir irəli getmək lazımdır alternativ yol tapılmalldı

  • Dünya dağılır

    Ağıllı məmur sadəcə qaz kombisi satışını durdurub, yeni elektrik kombisi gətirsə,problemin çox hissəsi həll olar

  • Əfsər

    Bura Avropa deyi Azərbaycandı.Maaş 400-500 pensya 130manat.Diyəsən okresloda oturub müftə xalqın qanın içənlər Avropaynan Azərbaycanı səf salıblar

  • Elçin

    Mümkün olan bir şey deyil. Köhnə maşınları da yığışdırırdılar guya.

  • İsmət Yusubov

    400 manat maaş aylıq 400 manat işıqpulunu necə ödəyəcək?

  • Düz Söz

    Reşid Mellim Demişken Ay Kişi Avropanın Mayışını Getir Azerbaycana !!!

  • Rahim ruhid

    Amerika keşf etməyin öznuzden bilmirsiz nə edesin ziyandan başqa bu millətə heçnə vermirsiz.

  • KERİMLİ Şahin

    bu qerari verenlernancaq ciblerni duşnur milleti duşnen yoxdu hec.Xaqlin qazilerin şəhod aiıerin bir suru problemi var.olaron jellini duşunseler yaxşi olar.Bu məsələni Aktuallaşdirmaü istiyenler.VALLAH BEKAR QALİBLAR BİLMİRLER NECE BU XALQİN CİBİNİ SOYSUNLAR

This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar