Azərbaycanda aktual məsələlərdən biri olan pensiya sistemi ilə bağlı müzakirələr davam edir.
Belə ki, sosial şəbəkələrdə vətəndaşlar müzakirə zamanı pensiya sistemində problemlərin olduğunu mövcudluğu və bu istiqamətdə müxtəlif dəyişikliklərə ehtiyac olduğunu qeyd edirlər.
Əsasən pensiya yaşı, pensiya kapitalı, pensiyanın varisə ötürülməsi kimi məsələlər daha çox müzakirə mövzusuna çevrilsə də, bu istiqamətdə heç bir dəyişiklik müşahidə edilmir. Hazırda Azərbaycanda pensiya yaşı həm kişilər, həm də qadınlar üçün 65 təşkil edir.
Rusiyada kişilər 65, qadınlar 60 yaş, Ermənistanda kişilər və qadınlar 63 yaş, Qazaxıstanda kişilər 63, qadınlar 61, Belarus, Qırğızıstan və Tacikistanda kişilər 63, qadınlar 58 yaş, Türkmənistanda kişilər 62, qadınlar 57, Özbəkistanda isə kişilər 60 , qadınlar 55 yaşda pensiyaya çıxırlar.
Azərbaycanda hazırkı pensiya yaşını əsasən orta ömür uzunluğu ilə əlaqələndirirlər. Son rəsmi məlumatlara görə, ölkədə gözlənilən orta ömür uzunluğu təqribən 74,6 - 76,9 il arasındadır. Son 14 ildə bu göstərici 70-dən 74-ə yüksəlib. Yəni bu, rəsmi rəqəmlərdə belədir.
Əslində isə son illər insanların orta ömür uzunluğunun daha qısa olduğu müşahidə edilir ki, bu da insanların daha az müddətdə pensiya aldığını göstərir. Əgər 1990-cı ildə 65-69 yaş arasında 3241 nəfər vəfat edibsə, 2024-cü ildə həmin yaşlarda 8471 nəfər vəfat edib. Statistikadan göründüyü kimi, 8 mindən artıq vətəndaş cəmi bir neçə ay və ya il pensiya ala bilib.
Pensiya yaşının artırılmasının uzunömürlülüklə əlaqələndirilməsi nə dərəcədə doğrudur? Digər tərəfdən, bir sıra ölkələrdə vətəndaşlar pensiyaya çıxmaqda maraqlı olduğu halda, ölkəmizdə pensiya yaşının artırılmasına baxmayaraq, vətəndaşlar çalışmaqda niyə maraqlıdır?
Bakupost.az xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov “Cümhuriyət”ə 2017-ci ildə “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişiklik nəticəsində Azərbaycanda pensiya sistemi və onun əlçatanlığı, təşviqediciliyi əhəmiyyətli dərəcədə zəiflədiyi bildirib.
“Nəticədə pensiyaçıların sayında ciddi azalmalar baş verir. Belə ki, təxminən ötən 9-10 il ərzində 1 milyon 330 min nəfərdən 1 milyon 100 min nəfərə qədər azaldı.
Eyni zamanda, pensiya hüququnun əldə edilməsi ilə bağlı ortaya qoyulan mexanizmlər, minimum pensiya kapitalı, minimum sığorta stajı tələbləri, mövcud əmək bazarı, iqtisadiyyat və eləcə də bu konyunkturada formalaşan faktorlarla uzlaşmır.
Təbii ki, həmin dövrdə pensiya sisteminə dəyişikliklərdə əsas məqsəd əmək pensiyaları sistemində xərclər və gəlirlərin optimallaşdırılması istiqamətində müəyyən bir nəticə əldə etmək idi.
Çünki dövlət büdcəsindən transfer hesabına Dövlət Sosial Müdafiə Fondunun xərcləri əhəmiyyətli səviyyədə ödənirdi. Burada problem əslində əmək bazarı və iqtisadiyyatdan qaynaqlanır.
Belə ki, əmək bazarının zəif olması, qeyri-formal əmək bazarının geniş yayılması, mövcud pensiya sisteminin gəlirlərinin az olmasını şərtləndirdiyi halda fokuslanma daha çox xərcləri optimallaşdırmaq və beləliklə pensiya əlçatanlığını azaltmaq istiqamətində yönəldi.
Bu yollardan biri də pensiya yaşının artırılmasıdır ki, buna gedildi. Ümumiyyətlə, dünya təcrübəsində demoqrafik strukturun dəyişməsi, əhalinin təbii artım sürətinin aşağı düşməsi, orta ömrün artması, əmək bazarında şərtlərin dəyişməsi, fiziki əməyə tələbin aşağı düşməsi, zehni əməyin daha önə çıxması və digər faktorlar nəticəsində mərhələli şəkildə pensiya yaşının artması ilə bağlı prosesi görürük.
Ancaq eyni zamanda məsələ ondan ibarətdir ki, dünya ortalamasında pensiya yaşı ilə orta ömür yaşı arasında təxminən 14-14,5 il vardı. Azərbaycanda isə bu, ən yaxşı halda 9 ildir. Yəni dünya ortalamasından belə aşağıdır. İnkişaf etmiş ölkələrin təcrübələrində, hətta orta ömürlə pensiya yaşı arasında 20-22 ilə qədər fərq yaranır ki, Azərbaycanda bu göstərici aşağıdır”.
Bu, onu deməyə əsas verir ki, pensiya yaşının 65 yaşa çatdırılması doğru yanaşma deyildi. Təxminən Azərbaycanda bu göstəricinin mövcud şərtlər daxilində 60-63 yaş arasında dəyişsə, daha doğru olardı”.
İnsanların pensiyaya çıxmaq istəməməsi məsələsinə gəldikdə isə iqtisadçının fikrincə, bu doğru deyil:
“Dünyanın hər yerində zehni əməklə məşğul olan, daha yüksək gəlirli sahələrdə fəaliyyət göstərən sosial qrupların pensiyaya çıxmaqla bağlı müəyyən tərəddüdləri olur. Eyni zamanda, bir sıra fəaliyyət sahələri var ki, onlarda insanlar, ümumiyyətlə, pensiyaya çıxmırlar.
Məsələn, yaradıcılıq, yazıçılıq, sənətkarlıq, akademik, səhiyyə xidmətləri ilə bağlı fəaliyyətlər 10 illərlə formalaşmış təcrübənin birdən-birə kəsilib atılması ilə hətta iqtisadiyyata, sosial sistemə də ciddi zərərlər formalaşdırır ki, bu olmur.
Digər tərəfdən, bəzi insanlar var ki, həqiqətən də təbiət, xüsusiyyət olaraq işləməyə meyillidirlər. Onlar passiv həyat tərzini xoşlamırlar. Burada müxtəlif faktorlar var. Azərbaycanda da bir sıra hallarda vətəndaşlar pensiyaya çıxdıqdan sonra 300-500 manat pensiya alacaqlar.
Ancaq işlədikləri yerdə 1500 manat əməkhaqqı alırlarsa, mümkün qədər bundan çəkinməyə çalışırlar. Bu seçimləri etməkdə tərəddüd edirlər ki, bu da təbiidir.
Azərbaycanda pensiya təminatı sisteminin zəifliyi, pensiya məbləğinin aşağı olması bu istiqamətdə insanları daha çətin seçim qarşısında qoyur.
Məsələn, 40 il müəllim işləmiş şəxs 300-330 manatla pensiya hüququ əldə edirsə, təbii ki, bu onun vəziyyətlə razılaşmasında müəyyən bir çətinliklərin olmasının səbəblərindən biridir”.
Мне 58лет.Общий стаж 43г, из них 32г в Сокаре. 2мес назад нас массово уволили. Остались без средств существования и с кучей кредитов. В таком возрасте не берут на работу. Да и здоровье желает быть лучшим, проблемы с передвижением. Почему мне сидеть и ждать т.е выживать как то еще 7лет чтоб оформить пенсию? Стаж позволяет, хоть и считают с 2006г, в накопление 42тыс с копейками. Так дайте какую то часть от туда людям закрыть кредиты и тогда можно как то доживать до пенсии. А так люди живут в стрессе, в гипертонических кризисах. Кто может по состоянию здоровья пусть работают а кто нет дайте выйти на пенсию.
Azarbayacan da orta ömür 35 di 70 yaşdan yuxarı neçə kişi və ya qadın əhalinin heç beş faizi də yoxdu 65 ona görə edirlər ki insanlar pensiya ala bilmasin elə pensiya yaşına çatanda bilirlər ki 90 faizi öləcək də ancaq bir şeyi bilmirlər insanların haqqına görmək yeddi böyük günahdan biri ölüm anın da Allah canlarını mənə də mələdə alacaq cox əzab çəkə çəkər onu da bu millət görəcək zaman hər şeyi göstərəcək
Qadınları 60yas etsələr,kisilər 63olsa yaxşıdır cunki Azərbaycan da 45yasindan sonra hec kim isci qəbul etmir deyir qocalmisan get otur evində.bircə millet vəkilləri, deputatlar uzun ömürlü müddətdə işləyir və pensiya daha çox alir cunki onun maasi adi 300/400maas alan işcidən çoxdur maaasi bu ədalətli deyil hec olmasa kasıblari dusunun
Pensiyanın yaş həddi 60 dan yuxarı olmamalıdır və pensiya məbləğidə ortalama 800 manat və yuxarı olmalıdır
Gözləyin, elə gözləyin.....
menim 63 yasim var ishleye bilmirem teqaudu 63 yash olsa cox normaldir,belke milli meclis insafa geler
Qadın və Kişi 60 Yaş Olsa Daha Yaxşı Olar
Mənim 61 yaşım var hec yerə işə götürmürlər deyirlər qocasan pensiya vermirlər cavansan özümdə şəkər xəstəsiyəm saysam saglam orqanım yoxdur bəs mən nə edim necə yaşayım necə dolanım siz deyin ey vəzifə sahibləri
Mən həyatımın xeyli hissəsini Sovet sistemində keçirmişəm.is, hərbi xidmət, yenə iş, təhsil almaq və isləmək, bütün bu dövr üçün ilə 48 qəpik pensiya hesablanması insanlara qarşı ən əzazil hərəkətin bariz nümunəsidir ki mənə də şamil edilib. Mən bu kapitalı banklarda yerləsdirsəydim indi onun faizi hesabına 2000-3000 pensiya alardim
Suetmişdi. Ataşdırıb həmin adamları ("at ağızlı igidləri") tapın və xalqımıza tanıdın. Onların arasında kimlər yoxdur ki? P.S. Kifayət qədər materialı internet resurslarından əldə etmək mümkündür
Kişilər 58 yaş qadınlar 55 yaş qadınlar.. Uşaq pulu ,kimi buda müzakirə olunur neçə ildi,Biz həm qanunu tez tez dəyişirık həmdə müzakirə edirik.
Başqa vaxtı Ermənistanı bəyənmirik.Ermənistan qaədərdə olmadıq.Onlarda pensiya yaşı 63 bizdə isə 65.Vallah çox gözəl ölkədi əhalisinin qeydinə qalır.
Bu ölkədə insanlara qiymət verilmir.İnanmıram ki,yazdıqlarımızı nəzərə alsınlar.
Əmək kitabçası niye 2006 cı ildən hesablanır. 2006 dan qabaq məgər başqa dövlət ücun işləmiş?Azərbaycanda işləmişsə niyyə sayılmır? . Dövləti dinc əhalini qürur? Ya da qanunları? Bu problemi də zəhmət olmasa nəzərə alardız
Pensiya yashi 65 qalmaqla konullu olmaqla qadinlar 60 yashdan pensiya yashina getseler yaxshi olardi. Kimse tek yashayir 60 yashdan pensiyaya chixsa ureyi partlayib 300-500 manat pensiya ile onsuz da tez rehmete gedecek. Kiminse pula ehtiyaci yoxdur chixsin konullu 300-500 manat pensiyasini alib xoshbext yashasin