Ru
13:51 / 15 İyul 2025

Azərbaycanda qəbul imtahanlarının nəticələri elan olundu

Azərbaycanda qəbul imtahanlarının nəticələri elan olundu
Eye

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə 2025/2026-cı tədris ili üzrə I və VIII siniflərə qəbul imtahanlarının nəticələri elan olunub.

Bakupost.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, namizədlər nəticələrlə "exam.culture.az" portalı vasitəsilə tanış ola bilərlər. İmtahan nəticəsindən narazı olan namizədlər 16-18 iyul tarixlərində "MyCulture" vahid şəxsi kabinet vasitəsilə apellyasiya müraciəti edə bilərlər. Müraciətlərə 10 iş günü ərzində baxılacaq.

Qeyd edək ki, məktəb və ixtisas seçimi apellyasiya prosesi yekunlaşdıqdan sonra "MyCulture" şəxsi kabineti üzərindən aparılacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar