Ru
22:04 / 30 Mart 2022

Həbs olunan Əməkdar rəssam azadlığa buraxıldı - YENİLƏNİB

Həbs olunan Əməkdar rəssam azadlığa buraxıldı -  YENİLƏNİB
Eye

Əməkdar rəssam Rəşad Ələkbərov barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı prokurorluq orqanlarının vəsatətinə baxılıb.


Bakupost.az xəbər verir ki, bu barədə onun vəkili Adəm Məmmədov məlumat verib.

Binəqədi Rayon Məhkəməsində keçirilən iclasda vəsatət təmin olunub.


R.Ələkbərov məhkəmə zalından azadlığa buraxılıb.




***


Azərbaycanın Əməkdar rəssamı Rəşad Ələkbərov həbs edilib.



Bakupost.az xəbər verir ki, bu barədə vəkil Adəm Məmmədov məlumat yayıb.


O bildirib ki, Azərbaycandakı ən böyük abidəsi olacaq şair İmadəddin Nəsiminin 16 metr hündürlüyə malik heykəlini hazırlayan Ələkbərov Rəşad Böyükağa oğlu AR CM-nin 192.1 (qanunsuz sahibkarlıq), 247 (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.


"Az ağır cinayətlə ittiham olunmasına, ibtidai istintaq orqanının çağırışlarından yayınmamasına baxmayaraq bu gün barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib", - vəkil deyib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar