Hansı bank etibarlıdır? - SORĞU
Ru
13:17 / 13 Noyabr 2024

Azərbaycanın Yaşıl Fondu yaradılacaq - Nazir

744
"Biz eyni zamanda yaxın gələcəkdə dünya ölkələrinin beynəlxalq maliyyə institutlarına çıxışının asanlaşdırılması təşəbbüsünü inkişaf etdirəcəyik".

Bakupost.az xəbər verir ki, bunu COP29-un Prezidenti Muxtar Babayev COP29 çərçivəsində noyabrın 13-də keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində deyib.

Nazir əlavə edib ki, həm COP29 çərçivəsində, həm də COP29-dan kənarda əməkdaşlığa ümid edirlər: "Bu əməkdaşlıq özündə ambisiyalı məqsədləri birləşdirməlidir. Biz eyni zamanda yaxın gələcəkdə dünya ölkələrinin beynəlxalq maliyyə institutlarına çıxışının asanlaşdırılması təşəbbüsünü inkişaf etdirəcəyik. COP29 ilk növbədə itki və zərərlərin geniş müzakirəsinə, eləcə də landşaft dəyişikliyinə qarşı səylərin birləşdirilməsinə istiqamətlənib. Azərbaycan iqlim dəyişikliyi sahəsində razılaşmaların reallaşmasını təmin etmək üçün özünün Yaşıl Fondunu yaradacaq. Biz inanırıq ki, əgər bu iqlim prosesi hansısa bir ölkəyə fayda vermirsə, deməli o ümumiyyətlə, işləmir. Biz yaşıl enerji və həmrəylik uğrunda birgə fəaliyyətə istiqamətlənmişik və bu gündəliyi dəstəkləyəcəyik".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar