Ru
12:45 / 01 Aprel 2023

Azərbaycanlı gənc Harvard Universitetinə qəbul oldu - FOTO

Azərbaycanlı gənc Harvard Universitetinə qəbul oldu -  FOTO
Eye

Azərbaycanlı məktəbli qız eyni vaxtda dünyanın ən nüfuzlu bir neçə universitetinin bakalavr pilləsinə qəbul olub.

Bakupost.az xəbər verir ki, Bakı-Oksford Məktəbinin şagirdi Ayla Əliyevanın ABŞ-ın Harvard, Kolumbiya və Braun universitetlərinə etdiyi müraciətlərə müsbət cavab verilib.

O, SAT (Scholastic Aptitude Test) imtahanı üzrə 1550, (İELTS İnternational English Language Testing System) üzrə 8,5 bal toplayıb.

Gənc onlar arasından Harvardı seçib və burada təhsil alacaq.

A.Əliyeva “Ivy League”ya daxil olan dünyanın ən nüfuzlu 8 universitetindən üçünə bakalavr təhsil pilləsi üzrə qəbul olunan ilk azərbaycanlı tələbədir.

Qeyd edək ki, 2005-ci il təvəllüdlü A.Əliyeva Bakı-Oksford Məktəbində A-level proqramı üzrə təhsil alır.

Xatırladaq ki, A.Əliyevanın qardaşı İlham Əliyev də İnşaat mühəndisliyi və ümumi mühəndislik ixtisası (Civil engineering and general engineering) üzrə Texas və Vigina, ABŞ-ın bir neçə nüfuzlu universitetinə qəbul olunub.

Azərbaycanlı gənc Harvard Universitetinə qəbul oldu -  FOTO
Azərbaycanlı gənc Harvard Universitetinə qəbul oldu -  FOTO
Azərbaycanlı gənc Harvard Universitetinə qəbul oldu -  FOTO
Şərhlər
  • Şakir Qaziyev

    Ugurlarin bol osun.

  • İlqar

    Halal oısun sizin kimi balalara Azərbaycanın gələcəyi sizlərin əıindədir

Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar