Ru
17:46 / 30 İyul 2025

Yaponiyada 10 mindən çox insan xəstəxanaya yerləşdirildi - SƏBƏBİ

Yaponiyada 10 mindən çox insan xəstəxanaya yerləşdirildi - SƏBƏBİ
Eye

Yaponiyada iyulun 21-dən etibarən cəmi bir həftə ərzində 10 804 nəfər günvurma ilə əlaqədar xəstəxanaya yerləşdirilib.

Bakupost.az xəbər verir ki, “The Mainichi” qəzetinin yazdığına görə, ölkə üzrə 914 hava müşahidə məntəqəsindən 318-də temperatur 35°C-dən yüksək olub. 37 nöqtədə isə tarixi rekordlar qeydə alınıb. Belə ki, Mərkəzi Yaponiyada yerləşən Gifu prefekturasında temperatur 39,8°C-ə çatıb.

Yaponiyanın Yanğınlarla və Təbii Fəlakətlərlə Mübarizə Agentliyi bildirib ki, artıq16 nəfər həyatını itirib, 260 nəfərin vəziyyəti isə ağırdır.

Xəstəxanaya yerləşdirilənlərin 55,6%-i 65 yaşdan yuxarı insanlardır.

Sinoptiklər yaxın günlərdə də havanın isti keçəcəyini bildirirlər.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar