Ru
16:40 / 30 İyul 2025

Diqqət! Bu ərazidə yol çökdü

Diqqət! Bu ərazidə yol çökdü
Eye

Abşeron rayonu Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsi 29 ünvanında yol çöküb.

Bakupost.az bildirir ki, bu barədə “Qafqazinfo”ya həmin ünvanda yaşayan sakinlər məlumat verib.

Vətəndaşların sözlərinə görə, qəsəbə ərazisindəki bəzi küçələrdə də vəziyyət eynidir.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, sözügedən ərazidən keçən kanalizasiya xəttinin yeraltı hissəsində qəza baş verib:

“Qış aylarının yağmurlu keçməsi və sonuncu qısamüddətli yağışlar torpağın yeraltı hissəsini yuyub. Son nəticədə yol örtüyündə kiçik çökmə müşahidə olunub. Bu barədə artıq aidiyyatı qurumlara məlumatlat verilib və qısa zamanda aradan qaldırılacaq”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar