Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türksoylu əcnəbilərin hüquqi statusuna dair mühüm sərəncam imzalayıb.
Bakupost.az modern.az-a istinadla xəbər verir ki, yeni sərəncama əsasən, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan vətəndaşları artıq Türkiyədə öz peşə və sənətlərini sərbəst şəkildə icra edə biləcəklər.
Beləliklə, türksoylular həm dövlət, həm də özəl müəssisələrdə daha rahat şəkildə işləyə biləcəklər.
Qərar 2527 saylı Qanun çərçivəsində qəbul olunub və iş icazəsi prosedurlarında ciddi sadələşmə yaradır.
Yeni qaydalara əsasən, türksoylular Türkiyədə “əcnəbi” hesab edilməyəcək, bu da onların sosial və iqtisadi həyatda yerli vətəndaşlarla eyni şərtlərdə fəaliyyət göstərməsinə imkan verəcək.
Ekspertlər bu qərarın Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əməkdaşlığın dərinləşməsinə və əmək bazarının inteqrasiyasına mühüm töhfə verəcəyini bildirirlər.
Cox şad oldum bu günü görmək istərdim Zülfiqar Türksoy????
Bu Gecikmiş Qerarı verdiyi üçün Erdoğan bəyə Təşəkkür edirəm
Sağolsun biz Müsəlmanların da artıq bir ikdisadi birliyi olacaq mühim bir amildir ????????????????☪️
Salam 2020 də gələnlər bu qərara aitdirmi
Əla. Lider ,Halal olsun ,Cənab Sevimli Hörmətli Recep Tayib Ərdoğana...
Çox yaxşı qürur vericidi
Azerbaycan da var bu ölkeler arasında?
Çox gözəl
Bu qerar tùrksoylu tůrk olmayan dŏvletlerde yašayan insanlara šamil edolir ..vesselam.
Təşəkgürlər böyük jestdir
Bu qayda əvvəldə var idi, ləğv edəndə ərdoğan özü idi
Multipl skleroz (ms) xəstələri Turkiyənin vətəndaşı kimi dərmanlarından istifadə edə biləcəkmi?