Ru
20:21 / 21 Dekabr 2023

"Azəriqaz": Ödəniş sistemlərinin fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq

"Azəriqaz": Ödəniş sistemlərinin fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq
Eye

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyət üçün açıq olan bütün resurslarının, veb-səhifənin, elektron poçt və VPN xidmətlərinin, həmçinin ödəniş sistemlərinin fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq.

Bu barədə Bakupost.az -a birlikdən məlumat verilib.

Qeyd olunub ki, buna səbəb Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin internet şəbəkəsi infrastrukturunda profilaktik işlərin görülməsinin planlaşdırılmasıdır.

Məlumata görə, profilaktik işlərin bu gün (21.12.2023 tarixində) saat 21:00-dan etibarən bir neçə saat ərzində davam etməsi nəzərdə tutulur. Abonentlərdən mövcud vəziyyəti nəzərə almaları xahiş olunur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar