Ru
11:16 / 01 Oktyabr 2024

AZƏRTAC işçi axtarır

2128
AZƏRTAC Azərbaycan və rus dili üzrə redaktor, tərcüməçi vəzifələrinə vakansiya elan edib.

Bakupost.az xəbər verir ki, vakansiya üzrə aşağıdakı tələblərə uyğun olan namizədlər müraciət edə bilərlər.

İş barədə məlumat
- Rus dilindən Azərbaycan dilinə xəbərlərin yazılı tərcümə edilməsi;
- Tərcümənin Azərbaycan dilində yüksək səviyyədə yerinə yetirilməsi;
- Redaktorun tapşırıqlarının operativ həyata keçirilməsi;
- İş vaxtı - növbəli.

Namizədə tələblər
- Ali təhsilli olmalı;
- Azərbaycan və rus dillərini mükəmməl bilməli;
- Tərcüməçi kimi azı 5 il iş təcrübəsi olmalı;
- Xəbər mətnlərinin üslubunu bilməli;
- Kompüterdə mətni sürətli yığa bilmək bacarığına malik olmalı;
- Komandada işləyə bilməli.

Tərcüməçi

İş barədə məlumat
- İngilis dilindən Azərbaycan dilinə xəbərlərin yazılı tərcümə edilməsi;
- Tərcümənin Azərbaycan dilində yüksək səviyyədə yerinə yetirilməsi;
- Redaktorun tapşırıqlarının operativ həyata keçirilməsi;
- İş vaxtı - növbəli.

Namizədə tələblər
- Ali təhsilli olmalı;
- Azərbaycan və ingilis dillərini mükəmməl bilməli;
- Tərcüməçi kimi azı 5 il iş təcrübəsi olmalı;
- Xəbər mətnlərinin üslubunu bilməli;
- Kompüterdə mətni sürətli yığa bilmək bacarığına malik olmalı;
- Komandada işləyə bilməli.

Azərbaycan dili üzrə redaktor

İş barədə məlumat

- Azərbaycan dilində xəbərlərin redaktəsi;
- İnformasiyaların buraxılışa hazırlanması;
- Vacib xəbərlərin operativ dərc edilməsinin təşkili;
- Müxbir yazılarının vaxtında buraxılışa verilməsinin təmin edilməsi;
- Aktual mövzuların diqqətdə saxlanılması;
- Mətbuatın monitorinqi;
- Tam iş günü.

Namizədə tələblər

- Ali təhsilli olmalı;
- Azərbaycan dilini mükəmməl bilməli;
- Redaktor kimi mətbuatda azı 5 il iş təcrübəsi olmalı;
- Xəbər mətnlərinin üslubunu bilməli;
- Xəbərləri operativ oxuyub buraxılışa verməyi bacarmalı;
- Təşəbbüskar olmalı;

Rus dili üzrə redaktor

İş barədə məlumat

- Rus dilində xəbərlərin redaktəsi;
- İnformasiyaların buraxılışa hazırlanması;
- Vacib xəbərlərin operativ dərc edilməsinin təşkili;
- Müxbir yazılarının vaxtında buraxılışa verilməsinin təmin edilməsi;
- Aktual mövzuların diqqətdə saxlanılması;
- Mətbuatın monitorinqi;
- Tam iş günü.

Namizədə tələblər

- Ali təhsilli olmalı;
- Rus dilini mükəmməl bilməli;
- Redaktor kimi mətbuatda azı 5 il iş təcrübəsi olmalı;
- Xəbər mətnlərinin üslubunu bilməli;
- Xəbərləri operativ oxuyub buraxılışa verməyi bacarmalı;
- Təşəbbüskar olmalı;

Namizədlərdən özləri haqqında məlumatı oktyabrın 15-dək [email protected] ünvanına göndərmək və məktubun “mövzu” bölməsində vakansiyanın adını yazmaq xahiş olunur.

Yalnız qeyd edilən şərtlərə uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar