AzTV-nin Xəbərlər redaksiyasının əməkdaşı Vəfa Ağabalayeva işdən çıxarılıb.
Məsələni dəqiqləşdirmək üçün AzTV-nin mətbuat xidmətinin rəhbəri Nərgiz Rəfiyeva ilə əlaqə saxladıq.
Məlumatı Bakupost.az -a təsdiqləyən N. Rəfiyeva bildirib ki, V. Ağabalayeva öz ərizəsi ilə işdən çıxıb.
Əlavə edək ki, bəzi məlumatlara görə, telejurnalistin işdən çıxarılmasına şəxsi həyatı ilə bağlı qalmaqal səbəb olub.
E.Mirzəyev
Baku Post