Ru
16:23 / 03 İyun 2024

"Bakı Sığorta"nın sədri işdən çıxdı

"Bakı Sığorta"nın sədri işdən çıxdı
Eye

"Bakı Sığorta" ASC-nin İdarə Heyətinin (İH) sədri Ramin Məmmədov işdən çıxıb.

Bakupost.az bu barədə şirkətə istinadən xəbər verir.

Məlumata görə, onun yerinə hələ ki, təyinat olmayıb.

R.Məmmədov "Bakı Sığorta"da 2012-ci ildən çalışıb, şirkətin Maliyyə departamentinin direktoru, İH-nin üzvü, 2013-cü ildən sədr müavini, 2016-cı ilin may ayından sədri olub.

Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə "Tural Sığorta" adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8,925 milyon manatdır. Şirkətin səhmdarları "Bank Respublika" ASC (79,42 %), Murad Rəhimov (6,97 %), Behbud Nəcəfov (6,93 %) və “Ekolizinq” MMC-dir (6,68 %).

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar