Bakıda Lökbatan ərazisində “Lada” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində ağır qəza baş verib.
Bakupost-un əldə etdiyi məlumata görə, hadisə nəticəsində 10-a yaxın şəxs yaralanıb.
Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.
***
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli Bakupost.az-a bildirib ki, aprelin 23-də saat 17:50 radələrində paytaxtın Qaradağ rayonu ərazisində “Lada” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində 2 sərnişin aldıqları xəsarətlərdən hadisə yerində ölüb.
Yol-nəqliyyat hadisəsi ilə bağlı ərazi polis orqanında cinayət işi başlanılıb.
İstintaq araşdırması aparılır.
***
Müxtəlif bədən xəsarəti alanların bəziləri Kliniki Tibbi Mərkəzin Reanimasiyaya şöbəsinə yerləşdiriliblər. Saytımıza yaxınlarının dediyinə görə, onların vəziyyəti ağırdı. Bir neçə şəxs isə şöbələrə yerləşdirilib. Yaralılardan ikisi qardaşdır.
Yaralıların adlarını təqdim edirik:
Tural Hüseynov,
Adəm Mirzəyev,
Sultan Sultanlı,
Ramal Məlikov,
Ramin Məlikov,
Həsən Qasımzadə.
Aygün, BakuPost