Ru
14:26 / 09 İyun 2025

“BakuBus” “Ford”la toqquşdu

“BakuBus” “Ford”la toqquşdu
Eye

İyunun 8-də Suraxanı rayonu Hövsan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Bakupost.az xəbər verir ki, O.Şabanov küçəsində “BakuBus”a məxsus 120 saylı marşrut xətti üzrə hərəkət edən BMC markalı avtobusla “Ford Transit” markalı yük avtomobili toqquşub.

Qəza nəticəsində “Ford”da daşınan meyvə-tərəvəz məhsulları yola dağılıb. Hadisə nəticəsində xəsarət alan və ya ölən olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar