Ru
11:06 / 11 Sentyabr 2024

Banklarımız niyə ildən-ilə geri gedir? - Bazarı sahiblənən 3 bank - VİDEO

2618

2024-cü ilin birinci yarısında Azərbaycanda fəaliyyət göstərən 23 bankın xalis mənfəəti 360 milyon ABŞ dolları (612.4 milyon AZN) olub.


Bakupost.az xəbər verir ki, analoji dövrdə Gürcüstanın 17 bankının xalis mənfəəti 524 milyon USD (1.5 milyard GEL), Ermənistan 18 bankının xalis mənfəəti 443 milyon USD (172 milyard AMD) olub. Yəni orta hesabla Azərbaycanın 1 bankının xalis mənfəəti $15.7 milyon olduğu halda, Gürcüstanda bu göstərici $30.8 milyon, Ermənistanda isə $24.6 milyon olub.


Təəssüf ki, bank sektorunun bir çox göstəriciləri üzrə hər iki ölkəyə uduzuruq.

Xatırladaq ki, Azərbaycan Cənubi Qafqazda ən böyük iqtisadiyyata, ən çox əhaliyə, ən böyük əraziyə malikdir. Bank sektoru iqtisadiyyatın güzgüsüdür və bu, 3 ölkənin timsalında iqtisadiyyatların hara getdiyini göstərir.


Mövzu ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənovun Bakupost.az -a fikirlərini təqdim edirik.



BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar