Ru
22:39 / 19 İyul 2025

"Barselona" Raşfordun transferini razılaşdırdı

"Barselona" Raşfordun transferini razılaşdırdı
Eye

"Barselona" vinger Markus Raşfordu transfer etmək üçün "Mançester Yunayted"ə rəsmi təklif göndərib və ilkin razılıq alıb.


Bakupost.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano sosial şəbəkədə məlumat yayıb.

Məlumata görə, son 24 saat ərzində katalon klubunda görüş keçirilib və iclasda "Liverpul"un vingeri Luis Diazın potensial transferinin çox baha olduğu qeyd edilib. Ona görə də İspaniya nəhəngi Raşfordu almaq qərarına gəlib.

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik ingilis futbolçusunun transferini təsdiqləyib.

Qeyd edək ki, Markus Raşford "Mançester Yunayted"in yetirməsidir. O, ötən mövsümün ikinci yarısını icarə əsasında "Aston Villa"da keçirib. Futbolçunun mankunianlarla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 50 milyon avrodur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar