Hansı bank etibarlıdır? - SORĞU
Ru
15:07 / 11 İyul 2024

“Dili qoruyan qurumların nə işlə məşğul olduğu bilinmir...” - Rövşanədən sərt sözlər

3195
"Küçə və bazar dili efirə çoxdan ayaq açıb. Hətta belə təəssürat yaranır ki, dilimizi normal bilən aparıcılar da bilərəkdən loru dildə danışırlar. Fikirləşirlər ki, belə etsələr verilişlərinin reytinqi artacaq”

Bunu Bakupost.az -a açıqlamasında telejurnalist Rövşanə Ağasəfqızı deyib.

Aparıcının sözlərinə görə, dilimizin qorunması ilə bağlı sosial şəbəkələrdən gözləntilər özünü doğrulda bilməz. Onun fikrincə, sadəcə, məsul olan qurumlar üzərlərinə düşən öhdəliyi yerinə yetirməlidirlər:

“Dili qorumaq öhdəliyi olan qurumların məsuliyyəti çoxdur. Amma mən deyə bilmərəm ki, konkret onlar nə işlə məşğul olurlar. Əlbəttə, jurnalistlərin, TV aparıcılarının dil, danışıq, ünsiyyət, dialoqların qurulması, mətnlərin yazılmasında Azərbaycan dilininin qayda-qanunlarına, dil normalarına riayət etməsi onların həm də peşə borcudur. Küçə danışıq tərzini pisləyirəm. Belə danışan aparıcıları efirdə görmək istəmirəm”.


R.Ağasəfqızı Azərbaycanda bir çox ailələrdə valideynlərin uşaqları əcnəbi dildə danışmağa məcbur etdiklərini deyib:

“Uşaq da bilmir hansı dilə fokuslansın. Mənə görə alayarımçıq təfəkkür formalaşır. Çünki hansı dildə düşünməyin sənin dünyagörüşünə, milli təfəkkürünə, eyni zamanda vətəndaş kimi yetişməyinə çox böyük təsir edir. Zamanla fərqli dillərdə təhsil almaq olar və bu, normaldır. Nə qədər çox dil bilgin var, dünyaya o qədər pəncərən var. Amma təmiz ana dilində danışmaq, yazmaq və düşünmək cəmiyyətin sağlam obrazının vacib göstəricisidir”.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar