Ru
22:17 / 30 May 2024

"Bu addım Kremli qıcıqlandıracaq" - Hərbi ekspert

"Bu addım Kremli qıcıqlandıracaq" - Hərbi ekspert
Eye

“Bəzi Avropa İttifaqı və NATO ölkələrinin Ukraynaya verilən silahlardan Rusiyadakı hərbi hədəflərə qarşı istifadəyə icazə verməsi Kremli bir qədər də qıcıqlandıracaq”.



Bunu Bakupost.az -a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O qeyd edib ki, bu silahların bəziləri əvvəllər də Rusiyaya qarşı istifadə olunub:

"Ona görə də Ukrayna və Rusiyaya yaxın məsafədə yerləşən, yaxud da ümumi sərhədləri olan ölkələrə qarşı Moskvanın müəyyən addımlar atacağını gözləmək olar”.

Qeyd edək ki, Böyük Britaniya, Latviya, Litva, Niderland, Polşa, Finlandiya, Fransa, Çexiya, İsveç və Estoniya Ukraynaya göndərdikləri silahlarla ona Rusiya ərazisinə zərbələr endirməyə icazə verib.

Vasif Əlihüseyn
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar