Ru
17:22 / 21 Yanvar 2023

Bu da mənim imtahanımdır, söyənlərə 17 dəfə dua edirəm – Bəhram Bağırzadə

Bu da mənim imtahanımdır, söyənlərə 17 dəfə dua edirəm – Bəhram Bağırzadə
Eye

Bismillahir rəhmanir rəhim”

Bəhram Bağırzadə bu dəfəki müsahibəsini Quran ayələri ilə açıb.

“Bəlkə 4 il əvvəlki verilişdə bu sözlərə başlasaydım, başıma bu işlər gəlməzdi”

Bakupost.az xəbər verir ki, Həmid Həmidovun “Danışaq?” verilişinin yeni buraxılışında bu dəfə də əməkdar artist Bəhram Bağırzadə qonaq olub.

O son zamanlar onun əleyhinə aparılan müzakirələrdən və təhqirlərdən danışıb.

“Mən həmişə Allaha təvəkkül edib yaşamışam. 2 il əvvəl məni böyük bir bəladan, ölümdən xilas edib yenidən bu həyata, günahlar dünyasına qaytardı. Ondan sonra heç nədən qorxmuram. Narahatçılığım bir ondandır ki, mən ölüb gedəcəyəm, gələcək nəslə, övladlarımıza görə narahatam. Uşaqların gələcəkdə ailə quracaqları insanlar kim olacaq? Mən istəmirəm övladlarım xarici ölkəyə köçüb yaşasın. İstəməzdim. Mən istəyirəm bu məmləkətdə yaşasınlar.

O cəmiyyətdə ki, gələcəyin terrorçuları, vandalları var, ona görə qorxuram. Biz bunların tərbiyəsi ilə məşğul olmasaq çox böyük faciələr yaşaya bilərik.

Mən bir mədəniyyət işçisi kimi deyirəm ki, mədəniyyətdə deqradasiya gedir.

Mən elə bil həyatımda qəribə təsadüfdür, 5 ildən bir qalmaqala düşürəm. Pandemiyada da komaya düşəndə qalmaqal yaşandı.

Mənim də alnıma belə yazılıb. Allah mənə güc verir, imtahana çəkir. Mən heç vaxt təslim olmayacam.
Məni sosial şəbəkələrdə söyənlərə gündə 17 dəfə dua edirəm.

Mən Don Kixotluq edirəm, bu gün bunu etməsəydim, heç kim deməyəcəkdi. Hamı görür, amma susurlar”.

Aygün Musayeva
BakuPost

Şərhlər
  • Adil

    Bəhram bəy tam doğru söyləyir.Azərbaycanda bir az təhsil gğrmüş.dünyadan xəbəri olan hər kəs Bəhram kimi düşünür.Ancaq polis girovuna salınmış xalq öz sağlamlığıŞevladları xarytirinə susmağa məcbur qalıbar..Sistem getdikcə milləto qarşı sərtləşdirilir,Bu göz önündədir.Özbaşnalıq bacarıq kimi qəbul edilən ölkəyə çevrilmişik.

  • t.ədalət

    Bəhramın çıxışı Rusiya kəşfiyyat idarəsinin projesidir.Rayon camaatı ilə bakılılar arasında təfriqə salmağa istiqamətlənmiş bu hərəkət bölücülük xarakteri daşıyır.Xalqı içəridən parçalamağa çalışan adamlar Rusiyanın krantından su içir.

  • Camal

    şərhimi göstərin

  • Camal

    Sən narahat ol ki, mötəbər saraylarımızda "məmurlar" ailələri ilə, maminkin sınoçiklər, və.s. arvad paltarı geinib məzhəkə göstərənlərin tədbirlərində eybəcər səhnəciklərə baxaraq hırıldaşırlar-budurmu tərif etdiyiniz mədəniyyətin bi hissəsi. Bir azdan bakıdan getmiş ermənilərin də xiffətini çəkdiklərini bildirəcəklər....

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar