Ru
14:27 / 16 İyun 2026

Qubada güclü yağış: istirahət mərkəzi su altında qaldı - VİDEO

Qubada güclü yağış: istirahət mərkəzi su altında qaldı - VİDEO
Eye

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti Quba rayonunda da ciddi fəsadlara səbəb olub.


Bakupost.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Yağan intensiv yağışlar Çənlibel gölünün məcrasından çıxmasına səbəb olub. Nəticədə Nügədi kəndi ərazisində bir sıra əraziləri su basıb.

Daşqın nəticəsində gölün sahilində yerləşən istirahət mərkəzinə məxsus bir neçə tikili və ətraf ərazi su altında qalıb.

Hazırda ərazidə yaranmış vəziyyətin aradan qaldırılması və fəsadların minimuma endirilməsi istiqamətində müvafiq tədbirlər görülür.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar