Ru
14:30 / 15 Sentyabr 2024

Bu məntəqələrdə seçkinin nəticələri ləğv olundu

Bu məntəqələrdə seçkinin nəticələri ləğv olundu
Eye

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında növbədənkənar parlament seçkiləri ilə əlaqədar 24 saylı Nizami Birinci Seçki Dairəsindən qeydə alınmış namizəd Ülviyyə Şükürovanın və 23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən qeydə alınmış namizəd Əziz Əzizovun müraciətlərinə baxılıb.

Bakupost.az xəbər verir ki, 24 saylı Nizami Birinci Seçki Dairəsindən qeydə alınmış namizəd Ülviyyə Şükürovanın müraciəti üzrə 4, 6, 28, 31 və 33 saylı məntəqələrində səsvermənin nəticələri etibarsız sayılıb.


Bu 5 məntəqə istisna ilə, DSK-nın qərarı qüvvədə saxlanılıb.

23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən qeydə alınmış namizəd Əziz Əzizovun müraciəti üzrə 17 saylı məntəqədə səsvermənin nəticələri etibarsız sayılıb. Bu məntəqə istisna ilə, DSK-nın qərarı qüvvədə saxlanılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar