Ru
10:39 / 15 İyun 2025

İsrail və İranı müdafiə edənlərə: İran nüvə silahı əldə etsə, nə baş verər?

İsrail və İranı müdafiə edənlərə: İran nüvə silahı əldə etsə, nə baş verər?
Eye

İsrail-İran münasibətləri barədə cəmiyyətimizdə ənənəvi olaraq gərgin mübahisələr gedir. Ziddiyyətlərin kökündə isə çox zaman məsələyə bir-birinə aidiyyəti olmayan prizmalardan yanaşmalar dayanır.

Bakupost.az xəbər verir ki, bu barədə politoloq Kamran Cəfərov qeyd edib.

O bildirib ki, münaqişəyə münasibət formalaşdırmaq üçün hər bir insanın əvvəlcə iki əsas suala öz-özlüyündə cavab verməsi vacibdir:

“1. İran artıq nüvə silahı əldə etməyin astanasındadır. Heç düşünmüsünüzmü ki, İran nüvə silahı əldə edərsə, hansı hərbi-siyasi gücə çevriləcək? Bu, regionumuzda geosiyasi güc balansını necə dəyişəcək? Biz İranın belə güclənməsində maraqlıyıqmı?

2. İran Rusiyanın əsas müttəfiqlərindən biridir. O, Ukraynaya qarşı müharibədə Rusiyaya açıq və sistemli şəkildə dəstək verib. Bəs sivil dünya üçün Rusiyanın yanında duraraq onun aqressiyasına ortaq olan bir ölkənin güclənməsi, üstəlik nüvə silahı əldə etməsi nə ilə nəticələnə bilər?

Hər kəs bu suallara özü-özlüyündə cavab versə, məsələyə münasibət daha aydın şəkil alacaq”.

Aygün,
BakuPost

Şərhlər
  • Telman

    1, 44-günlük Qarabag müharibəsi və ondan sonrakı dövrdə iranın davranışı hamının yadındadır.2,Ermənilərin silah sursat və yanacaqla təmin edilməsi, 3, İ. Əliyev Xudafərin körpüsünün yanında Araz cayının kənarında olarkən snayper nişangahına götürülməsi. 3 Xudafərimdə bizim ordunun qarşısının kısilməsi.Qarabağda ermənilərə təlim keçmək üçün gələn iran zabitləri. 4. Zəngəzur dəhlizi ilə bağlı iranın mövqeyi.5. Səfirliyimizə edilən hücüm.

  • Elxan

    Azərbaycandakı farspərəst"dindoşlar" (təəssüf ki bu kütlə olduqca çox saydadır)ayətulaların özündən də təhlükəludirlər."Ali rəhbər" əmr iləsə bu terrorist-qaragüruhlar ölkəni qan çanağına döndərmək üçün cəhd edərlər.Yaxşı ki,ölkəmuzin sükanı güclü əldədir.Bizim üçün bu gün erməni yox,bu avtafalar təhlükədir

  • Bəhi

    A.İraq kimi İranın da nüvə silahı bacarmasına Siz hansı texnoloji faktlardan (zərbə önü-təxribatçı kəşfiyyatın xəbərindənmi) əminsiniz? B.Nəinki Nüvə silahı emalı, eləcə ən hermetik tədqiqat laboratoriya və digər mərkəzinə hər hansı zərbə bütün ətraf mühit və canlı aləm üçün müvəqqəti də yox, uzun müddətli şüalanma təhlükəsidir. C.İran hakimiyyətinin heç bir texnoloji əsası olmayan amiranə diplomatiyasına vəə Kreml saymazlığına uğrayan D.Trampın kastına sanki, *Bu ən küt-siyasi rəqibi yetərincə vurun ki, sonrakı danışıqlara nəfəsi belə çatmasın?* göstərişi kimi duyulur? E.Hərbi hakimiyyət və güc arsenalı bir gecəyə vurulub. Əlavə on dörd günlük (guya?) xalqı *Molla rejimi*ndən xilas zərbələri İran Cəmiyyətinin uzun müddətli texnoloji pararalicinə hesablanmayıbmı?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar