Ru
12:26 / 15 İyun 2025

İsrailə zərbələri bu vaxt dayandıracağıq - İran

İsrailə zərbələri bu vaxt dayandıracağıq - İran
Eye

İsrailin İrana qarşı hücumları ABŞ-ın razılığı və dəstəyi olmadan heç vaxt baş verməzdi. Bizim İsrailin hücumlarını bölgədəki Amerika qüvvələrinin dəstəklədiyinə dair güclü dəlillərimiz var.

Bakupost.az xəbər verir ki, bu sözləri İran xarici işlər naziri Abbas Arakçı Tehranda xarici ölkə səfirləri və beynəlxalq nümayəndələrlə görüşündə deyib.

“Sionist rejimin hücumlarına cavab olaraq sionist rejim daxilindəki hədəflərə diqqət yetirdik. Biz istəmirik ki, müharibə başqa ölkələrə və regiona yayılsın. Diplomatiya ilə məşğul olduq, amma bizə aqressiya tətbiq olundu. Biz özümüzü müdafiə edirik və bu, qanunidir və təcavüzə cavabdır. Təcavüz dayansa, bizim cavabımız da dayanacaq”, - o bildirib.

Aygün,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar