Ru
12:44 / 05 Aprel 2024

Xaricidilli məktəblərdə Azərbaycan dili problemi - Professor çıxış yolunu göstərdi - VİDEO

4437
"Hamımız rusdilli, ingilisdilli təhsildən danışırıq. Bizim Konstitusiyamızda, "Təhsil haqqında", "Ümumi təhsil haqqında" qanunlarımızda əsas maddə var: vətəndaşların təhsil hüququ. Orada göstərilir ki, Azərbaycan Respublikasında tədris dili Azərbaycan dilidir. Sonra da qeyd olunur ki, vətəndaşlar əcnəbi dillərdə də təhsil ala bilərlər. Nə çətindir orda qeyd edək ki, əcnəbi dildə təhsil alanlara eyni zamanda dövlət dili kimi Azərbaycan dili tədris olunmalıdır".

Bakupost.az xəbər verir ki, bunu filologiya elmləri doktoru, professor Telman Vəlixanlı Azərbaycan Dil Qurumunun "Qanunlarımızın və kargüzarlıq sənədlərinin dili" mövzusunda keçirdiyi elmi müzakirədə bildirib.

O qeyd edib ki, bu məsələ ilə əlaqədar həm Dövlət İmtahan Mərkəzi, həm də Elm və Təhsil Nazirliyinə dəfələrlə müraciət edib:

"Bildirmişəm ki, siz yazırsınız, ixtisasın dili rus və ya ingilis dilidir. Axı bura Azərbaycan Respublikasının ərazisidir. Bütün dünyada ikidilli təlim qəbul olunub. ABŞ-da təhsil müəssisələrinin 70 faizi ikidilli təlim verir. Biz niyə bundan imtina edirik?"

T.Vəlixanlı bildirib ki, bu gün rusdilli və ingilisdilli məktəblərdə nə "Azərbaycan dili", nə də "Azərbaycan tarixi" tədris olunmur:

"Dilimizin inkişafına, genişlənməsinə, öz funksiyasını yerinə yetirməsinə mane olan ən ciddi amillərdən biri budur".

Ətraflı videoda...



Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər