2012-ci ildə buraxılış imtahanlarının keçirilməsi Dövlət İmtahan Mərkəzinə (DİM) həvalə olundu. Bu qərarla bağlı geniş və gərgin müzakirələr aparıldı. Buraxılış imtahanlarında riyaziyyat və Azərbaycan dili əsas fənlər idi. Üçüncü fənnin hansı olması ilə bağlı müxtəlif təkliflər irəli sürüldü.
Bakupost.az “Azərbaycan müəllimi”ə istinadla xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər” adlı tədbirdə deyib.
O bildirib ki, həmin ildə təhsil naziri olan Mikayıl Cabbarovun təkidi ilə xarici dil buraxılış imtahanı fənlərinin siyahısına daxil edildi:
“Açığını desəm, üçüncü fənnin xarici dil olmasının əleyhinə idim. Çünki bəzi məktəblərin verdikləri attestatlarda xarici dil fənninin tədris olunmadığı qeyd edilirdi. Hətta elə hallar olurdu ki, müəyyən məktəblərdə bu fənn cəmi bir-iki il tədris edilmiş, müəllim çatışmazlığı səbəbindən sonradan dayandırılmışdı. Bu səbəbdən həmin fənnin buraxılış imtahanı fənnləri siyahısına daxil edilməsini məqsədəuyğun hesab etmirdik”.
DİM sədrinin sözlərinə görə, zaman göstərdi ki, xarici dil fənninin buraxılış imtahanı fənləri siyahısına daxil edilməsi doğru qərar olub. Xarici dil bilikləri gənclərin gələcək həyatında yeni imkanlar və perspektivlər açır.
Maleyke xanum, xarici dil bu nece illerdi tedris edilse bele, yenede Azerbaycan shagirdleri ele xarici dilde daniwanda, ele bilirsen hindistan uwaqi daniwir . Xarici dilin tedrisi yenede evvelki kimi zeyifdir . Cox zeyifdir !!!
Məleykə Abbaszadə hicab düşmənidir nifrətim sonsuzdur.Ümumən tələbələrin hər sahədə başlarına oyun açırlar.
Bütün şagirdlər bu qadın ucbatından qan ağlıyır
Bəli, Xarici dil bizi bizdən alır, artıq imtahanda 2 xarici dildə mətn və 2 ana dilimizdə mətn yazacağıq. Buda cəmi 4 mətn edir. Ona görə də imtahan vaxtınını da 4 saat etməlisiniz çünki əvvəl 3 mətn idi saat idi. İndi isə 4 mətn saldığınız üçün bizə 4 saat vaxt verməlisiniz. Çox xahiş edirəm şərhimi oxuduqdan sonra fikrimi aidiyyəti şəxslərə bildirəsiniz.
Ölkəmizdə maaşlı işlər olsa,xarici dili oyrənməyə ehtiyac elə də olmaz,xaricə getmək istəyən,orda təhsil almaq istəyənin sayı əhəmiyyətli dərəcədə azalar