Ru
14:33 / 29 Mart 2024

Cəlilabadda təhlükə: Bu evlər qəzalı vəziyyətə düşdü - FOTOLAR

3506
Cəlilabadın Göytəpə şəhərində Göytəpəçay ətrafında torpaq sürüşməsi aktivləşib.

Bu barədə Bakupost.az -a məlumat verən Göytəpə şəhər sakini Orxan Aslanov özünün, bir neçə sakinin evinin və ərazidə yerləşən obyektlərin qəzalı vəziyyətə düşdüyünü bildirib.
Onun sözlərinə görə, cənub bölgəsinə yağan fasiləsiz yağışlar sürüşmənin intensivliyini daha da artırıb. Bildirilir ki, təhlükənin qarşısını almaq üçün dərhal ərazidə sahilbərkitmə işləri aparılmalıdır.

O.Aslanovun verdiyi məlumata görə sürüşmə zonasına Fövqəladə Hallar Nazirliyi (FHN) və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən baxış keçirilib.




Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər