Ru
16:30 / 01 Fevral 2023

Çevik Polis Alayına yeni komandir təyin edildi

Çevik Polis Alayına yeni komandir təyin edildi
Eye

Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayına (ÇPA) komandir təyin edilib.


Bakupost.az APA-ya istinadla xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə polis polkovniki Ramil Piriyev təyinat alıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev məlumatı təsdiq edib.

Qeyd edək ki, Əlahiddə Çevik Polis Alayının sabiq komandiri, polis general-mayoru Səhlab Bağırov bir neçə gün əvvəl vəzifəsindən azad edilib. O, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin nəzdində yerləşən mərkəzə rəhbər təyin olunub.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar