Ru
17:56 / 27 May 2025

Bu ölkədə ölümcül virus yayıldı - Ağcaqanadlar vasitəsilə ötürülür

Bu ölkədə ölümcül virus yayıldı - Ağcaqanadlar vasitəsilə ötürülür
Eye

Şri-Lankada son 20 ilin ən güclü və ölümcül çikunqunya qızdırması yayılıb. Virus xəstəliyə yoluxmuş ağcaqanadlar vasitəsilə ötürülür və onlar əsasən, gündüz saatlarında aktiv olurlar.

Bakupost.az xəbər verir ki, "The Morning"in məlumatına görə, Şri-Lanka Respublikasının Səhiyyə Nazirliyi xəstəliyə yoluxanları qeydiyyata alır. Ağcaqanad sancmasından 2–12 gün sonra simptomlar üzə çıxır. Bunlar güclü oynaq ağrısı, qəfil temperatur artımı və dəri səpgiləridir.

Rusiya Federasiyasının Şri-Lankadakı səfirliyi rusiyalılara qoruyucu torlardan istifadə etməyi, repel­lentlərdən yararlanmağı və bədəni mümkün qədər örtən geyimlər geyinməyi tövsiyə edib.

ABŞ və Böyük Britaniya isə Şri-Lankada çikunqunya hallarının artması səbəbindən vətəndaşlarına bu ölkəyə səyahət etməzdən əvvəl ehtiyat tədbirləri görməyi tövsiyə edib.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar