“Parlamentarizm” kitabında parlament tarixindən, ayrı-ayrı ölkələrin parlament təcrübəsindən bəhs olunur. Dərslik vəsaiti kimi nəzərdə tutulan kitabda parlamentin funksiyaları, dövlətin idarə edilməsində spesifik rolu göstərilir.
Bunu Bakupost.az -a açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Aydın Mirzəzadə müəllifi olduğu və bu yaxınlarda nəşr olunan kitabı haqda danışarkən bildirib.
Kitabda Yunanıstan, Britaniya, İspaniya kimi ölkələrdə parlamentlərin yaranması, inkişafı məsələləri ilə yanaşı müasir parlament təcrübələrinə də geniş yer ayrılıb.
Eyni zamanda xüsusi olaraq Azərbaycanın ilk parlament təcrübəsi, Sovet Azərbaycanının parlament tarixi, müstəqil Azərbaycanın parlament təcrübəsi də müəllif tərəfindən araşdırılarıb və ona elmi qiyməti verilib.