Ru
16:05 / 20 İyun 2025

Diqqət! Bakıda bu əraziyə avtomobillərin girişi qadağandır

Diqqət! Bakıda bu əraziyə avtomobillərin girişi qadağandır
Eye

Sabah saat 08:00-dan iyunun 22-si saat 22:00-a qədər Bakının Nəsimi rayonunun Ənvər Qasımzadə küçəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq küçənin Azadlıq prospekti ilə kəsişməsindən Ceyhun Hacıbəyli küçəsinin kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - məlumatda qeyd edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar