Ru
13:44 / 07 Dekabr 2022

Ekoloqların Xocalıdakı danışıqları başa çatdı - Yenilənib3-FOTO

16629

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarından ibarət təbii ehtiyatların qanunsuz istismarını araşdıracaq monitorinq qrupunun Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə müzakirələri başa çatıb.


Monitorinq qrupunun Rusiya sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkovla danışıqları sülhməramlıların Xocalıdakı qərargahında baş tutub.


Monitorinq qrupunun üzvləri danışıqlardan sonra Şuşaya qayıdıb.


***

12:42


Azərbaycan dövlət strukturları və digər qurumlarının əməkdaşları ilə Rusiya sülhməramlı hərbi kontingentinin komandanlığı arasında görüş başlayıb.


Bakupost.az xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat və foto yayıblar.



***

12:05


Azərbaycan ekoloqları artıq Xocalıdadır.


Bakupost.az xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.


Xəbərə görə, bu gün ETSN-in əməkdaşları Azərbaycan qızıl yataqlarının qanunsuz istismarı ilə bağlı Rusiya sülhməramlı kontingentinin rəhbərliyi ilə danışıqlar aparcaq.



Zaur

BakuPost


***

10:50


Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarından ibarət təbii ehtiyatların qanunsuz istismarını araşdıracaq monitorinq qrupu dekabrın 3-də keçirilmiş görüşün davamı olaraq bu gün Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə müzakirələri davam etdirəcək.


Bakupost.az APA-ya istinadən xəbər verir ki, monitorinq qrupu Rusiya sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkovla danışıqları sülhməramlıların Xocalıdakı qərargahında baş tutacaq.


Danışıqlarda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində aparılan qeyri-leqal iqtisadi fəaliyyətlər çərçivəsində faydalı qazıntıların qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı yataqlarda və müvafiq digər məntəqələrdə monitorinq, əmlakın inventarizasiyası və ekoloji araşdırma işlərinin aparılmasının vacibliyi diqqətə çatdırılacaq.

Qeyd edək ki, dekabrın 3-ü Xocalıda, Rusiya sülhməramlı qüvvələrinin qərargahında keçirilmiş müzakirələrin nəticəsi olaraq qeyd olunan fəaliyyət istiqamətləri üzrə ərazidə işlərin aparılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti qurumların iştirakı ilə yol xəritəsinin hazırlanmasına başlanılıb.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər