Ru
11:02 / 10 Fevral 2026

Dünyada korrupsiya artır – Son 10 ildə ən aşağı səviyyə

Dünyada korrupsiya artır – Son 10 ildə ən aşağı səviyyə
Eye

Dünyada korrupsiya səviyyəsi artmaqda davam edir, bu tendensiya demokratik ölkələrdə də müşahidə olunur.

Bakupost.az xəbər verir ki, bu barədə “Transparency International” təşkilatının açıqladığı 2025-ci il üzrə Korrupsiyanın Qavranılması İndeksi (KQİ) hesabatında bildirilir.

Hesabata əsasən, bir sıra inkişaf etmiş demokratik ölkələrdə göstəricilər pisləşib. Belə ölkələr sırasında ABŞ, Kanada, Yeni Zelandiya, eləcə də bir neçə Avropa dövləti yer alır.

2025-ci ildə dünya üzrə orta KQİ göstəricisi 42 bal təşkil edib ki, bu da son 10 ildən artıq dövrdə ən aşağı səviyyə sayılır. Dünyadakı ölkələrin üçdə ikisindən çoxu 50 baldan aşağı nəticə göstərib. Eyni zamanda, 80 baldan yuxarı nəticə əldə edən ölkələrin sayı son on ildə 12-dən 5-ə enib.

KQİ-də Danimarka səkkizinci il ardıcıl olaraq lider mövqeyini qoruyub (89 bal). Ondan sonra Finlandiya (88 bal) və Sinqapur (84 bal) qərarlaşıb.

Bununla belə, “Transparency International” təşkilatı vurğulayır ki, indeks üzrə yüksək bal korrupsiyanın tamamilə mövcud olmaması anlamına gəlmir. Qeyd olunur ki, yüksək göstəricilərə malik bəzi ölkələr – məsələn, İsveçrə və Sinqapur – digər ölkələrdə korrupsiyaya şərait yaradan mexanizmlərdə iştirak edir və bu amil indeks hesablamalarında nəzərə alınmır.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar