Ru
23:00 / 19 May 2022

Elmi işçilərə mükafat verilmir - AMEA-dan narazılıq

3124
“2021-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 7 elmi müəssisəsinin gəliri cəmi 341 min manat olub. İnanılmaz olsa da, bu belədir. Təsəvvür edin ki, AMEA-nın nəhəng qurumlarının, Riyaziyyat və Mexanika İnstitutu, Fizika İnstitutu, Şamaxı Astrofizika Rəsədxanası, İdarəetmə Sistemləri İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, Radiasiya Problemləri İnstitutu və Biofizika Institutunun birlikdə elmi-innovativ fəaliyyətindən əldə etdikləri gəlir ağlasığmaz dərəcədə azdır. Hansı ki, bu elmi müəssisələrdə toplam 948 nəfər elmi işçisi çalışır. Xarici təcrübəyə diqqət etsək görmək olar ki, bu tip elmi-tədqiqat müəssisələrinin gəlirləri milyonlarla ölçülür. Görünür ki, ölkədəki mövcud mühit elmi müəssisələrin tətbiqi və innovativ fəaliyyəti üçün ciddi problemlər yaradır”.


Bunu Bakupost.az -a açıqlamasında “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.


Forum prezidenti bildirib ki, qeyd olunan rəqəm ötən ayın sonu keçirilən AMEA-nın Ümumi yığıncağında Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2021-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında akademik Rasim Əliquliyevin hesabatında qeyd edilib. Ümumiyyətlə, AMEA-nın vitse-prezidenti olan R. Əliquliyevin bu hesabatına diqqət yetirdikdə görmək olar ki, burada görülən işlərdən daha çox problemlərə və elmi islahatlara, təkliflərə yer ayrılıb.

Hesabatdan görünür ki, AMEA-da həqiqətən ciddi islahatlara ehtiyac var:

“Ağlasığmazdır ki, AMEA Rəyasət Heyəti aparatının adi sıravi işçilərinin, inzibati işçilərin əmək haqları elmi institutların baş direktorlarının maaşından dəfələrlə çoxdur. Maraqlıdır ki, AMEA Rəyasət Heyətinin aparatında işləyən inzibati işçilərin sayı 465 nəfərdir, hansı ki bu rəqəm ən böyük Nazirliyin aparat işçilərindən 5-6 dəfə çoxdur. Yaradıcı elmi işçilərə beynəlxalq elmi bazalarda elmi əsərlər dərc etdirdiyinə görə hər-hansı mükafatlar verilmir və s. Adı çəkilən Hesabatda AMEA-nın hüquqi statusuna yenidən baxılması, Akademiyanın fəaliyyətini tənzimləyən, islahatlara yol açan hüquqi-normativ bazanın yaradılması, AMEA-da elmin təşkili və idarə edilməsinin yenilənməsi və s. təklif edilib”.


Sevinc
BakuPost

Şərhlər
  • nazim

    motor, karobka təmircisi olan Bayraktar ailəsində 4 nəfər dünyaya süni intellektli uçan aparatlar satıb, yüz milyonlarla gəlir əldə edir, bizim EA-dakı minlərlə alim də ayda 3 min maaş alıb yatır )))

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər