Ru
23:59 / 09 Fevral 2026

Epşteynin ölüm sənədində uyğunsuzluq - Foto

Epşteynin ölüm sənədində uyğunsuzluq - Foto
Eye

Dünya gündəmini zəbt edən milyarder Ceffri Epşteynlə bağlı açıqlanan yeni sənədlərdə maraqlı bir detal üzə çıxıb.


Bakupost.az xəbər verir ki, sənədlərdə Nyu-Yorkun Cənub Dairəsi (Manhetten) üzrə prokuroru Ceffri Bermanın adından verilmiş bəyanata istinad olunur.

Həmin bəyanatda deyilir:

“Bu gün səhər Manhetten İslah Mərkəzi idarəmiz tərəfindən azyaşlıların cinsi istismarı və insan alveri ittihamları ilə mühakimə olunan Ceffri Epşteynin kamerada huşsuz vəziyyətdə tapıldığını və az sonra öldüyünün elan edildiyini təsdiqlədi".

Maraqlısı odur ki, bu sənədin üzərində 9 avqust 2019-cu il tarixi göstərilib. Halbuki rəsmi versiyaya görə, Epşteyn 10 avqust 2019-cu ildə səhər yeməyi gətirən həbsxana əməkdaşı tərəfindən huşsuz vəziyyətdə aşkarlanıb. Cəzaçəkmə müəssisəsinin tibb işçiləri onu həyata qaytarmağa çalışsalar da, nəticə əldə olunmayıb və bir müddət sonra ölümü rəsmi şəkildə qeydə alınıb.

Sənəddəki tarixlə rəsmi hadisə vaxtı arasındakı bu uyğunsuzluq Epşteynin ölümü ətrafında mövcud olan sualları yenidən gündəmə gətirib.

Qeyd edək ki, bəzi iddialara görə, Ceffri Epşteyn əslində ölməyib və başqa ad və soyadla İsraildə yaşayır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar