Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Bakupost.az xəbər verir ki, o, Rusiya XİN-in binasına daxil olarkən görüntülənib.
Səfir Arsenyanın Rusiya XİN-ə niyə çağırıldığı və hansı mövzularda müzakirələrin aparılacağı hələlik açıqlanmayıb.
Xatırladaq ki, Ermənistan hökuməti rəsmi Moskvaya etiraz notası təqdim etmişdi.
Aysel,
BakuPost