Ru
11:11 / 04 Aprel 2024

Ermənilər bəzi yüksəklikləri ələ keçirmək istəyir - Millət vəkili

2953
Məlum olduğu kimi, aprelin 1-də Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub. Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Son günlər artan gərginlik fonunda belə bir insidentin yaşanması gözlənilməz olmadı. Naxçıvan istiqmaətində atəşkəsin pozulması da ilk dəfədir ki, baş vermir.



Millət vəkili Arzu Nağıyev Bakupost.az -a açıqlamasında bildirib ki, Qərbdən olan havadarlar ciddi-cəhdlə çalışırlar ki, sülh müqaviləsindən öncə şərti sərhədlərdəki yüksəklikləri ələ keçirsinlər. Bundan sonra da delimitasiya və demarkasiya işlərini həyata keçirsinlər:


“Azərbaycan ordusu bütün təxribatların qarşısını almaq qüdrətindədir. Lakin regionda sülhün bərqərar olmasını istəməyən qüvvələr var. Onlar tək Qərbdə deyil, həm də regionumuzda yerləşir. Həmin qüvvələr anlamalıdır ki, hansısa hərbi əməliyyatlar başlasa, bu, onlardan yan keçməyəcək. Buna görə də regional gərginliyi azlatmaq üçün mütləq şəkildə beynəlxalq reaksiya verilməlidir. Əks halda toqquşmalar labüddür”.


Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər