Ru
20:19 / 08 İyul 2025

Ermənistanda müxalif deputatın toxunulmazlığı ləğv edildi: Nə baş verir?

Ermənistanda müxalif deputatın toxunulmazlığı ləğv edildi: Nə baş verir?
Eye

Ermənistan parlamenti müxalif "Hayastan" fraksiyasının nümayəndəsi Artur Sarkisyanı deputat toxunulmazlığından məhrum edib.

Bakupost.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, baş prokurorun parlamentə təqdim etdiyi vəsatətinə 62 deputat səs verib.

Artur Sarkisyan Sisianın (Qarakilsə) keçmiş meri arxiyepiskop Baqrat Qalstanyanın həbs olunduğu iş çərçivəsində cinayət təqibinə məruz qalacaq.

Xatırladaq ki, Baqrat Qalstanyan hakimiyyəti zorla ələ keçirməyə cəhddə ittiham olunur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar