Ru
10:51 / 02 May 2025

Ermənistanın idxal-ixrac əməliyyatlarının iqtisadi təhlili... - YENİ LAYİHƏ

  Ermənistanın idxal-ixrac əməliyyatlarının iqtisadi təhlili... - YENİ LAYİHƏ
Eye

2025-ci ilin may ayında "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi tərəfindən "Ermənistanın idxal-ixrac əməliyyatlarının iqtisadi təhlili" adlı analitik tədqiqat layihəsinə start verilib.

Bakupost.az xəbər verir ki, layihənin əsas məqsədi Ermənistanda son illərdə xarici ticarət sahəsində baş verən prossesləri təhlil edərək, aparılan əməliyyatların regional iqtisadi təhlükəsizlik və şəffaflıq baxımından doğurduğu riskləri üzə çıxarmaqdır.

Tədqiqat aşağıdakı istiqamətləri əhatə edəcək:

  • Ermənistanın idxal və ixrac strukturunun təhlili
  • Qeyri-rəsmi və gizli ticarət yolları
  • Sanksiyalardan yayındırma mexanizmləri və qanunsuz fəaliyyət sahəsində qazanılmış təcrübənin təsirləri
  • Qarabağ işğalı dövründə qanunsuz iqtisadi fəaliyyətlərin araşdırılması
  • Ermənistanın xarici ticarət statistikası üzrə məlumatların əsas tərəfdaş ölkələr və məhsul qrupları üzrə təhlil

Araşdırmanın yekununda geniş statistik baza əsasında hazırlanmış hesabat ictimaiyyətə təqdim olunacaqdır.

Layihə, regionda hüquqi və şəffaf ticarət mexanizmlərinin təşviqinə, iqtisadi siyasətin əsaslandırılmasına və ictimai məlumatlılığın artırılmasına töhfə verməyi hədəfləyir.
Əlaqə:
Ekonomiks Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi
???? E-poçt: [email protected]
???? Tel: +99450 205 46 46
???? Veb: www.ekonomiks.az



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar