Ru
21:48 / 10 Fevral 2026

Fəzail Ağamalı niyə tələsik və urvatsız dəfn olundu?

Fəzail Ağamalı niyə tələsik və urvatsız dəfn olundu?
Eye

Fəzail Ağamalı – kiminin xoşuna gələ bilər, kiminin yox; kimi üçün yaxşı, kimi üçün pis ola bilər – rəhmətlik Elçibəy demişkən, pul deyil ki, hamının xoşuna gəlsin.

Ancaq adam uzun bir siyasi həyat yaşayıb: 70-ci illərdə gizli tələbə hərəkatlarında iştirak edib, 88-ci ildən başlayan proseslərə qoşulub: bu ölkədə ilk partiya yaradanlardan idi, əmək nazirinin əvəzedicisi işləyib, 6 dəfə də deputat olub...

Fəzail Ağamalı bütün mənfi-müsbəti ilə bu ölkənin ictimai-siyasi həyatında olmuş adamdır və 2000-ci ildə Ramiz Mehdiyevə qarşı çıxmağı bacaran azsaylı şəxslərdən biri idi. Ən azı bu cəsarətinə görə onun arxasınca danışanlar iki dəfə düşünsələr yaxşıdır.

Ölümü də qəribə oldu: xərçəng yoxlamasına getmişdi, oteldə ürəktutmadan dünyasını dəyişdi.

Cəmi bir gün keçdi və adam artıq yoxdur, dəfn edildi.

Dəfndən əvvəl dəfninə çalışanlar da az deyil – bu da onların haqqıdır, kimsənin haqqını əlindən almaq, gördüyünü, düşündüyünü ifadə etməsinə sipər olmaq yaramaz. Ancaq fiziki dəfndən əvvəl sosial şəbəkədə “dəfnə” başlayanlar özlərini əbədi saymasalar, özlərinin də dəfn olunacağını anlasalar, daha adil yanaşarlar.

Gələk, vida mərasiminə. Deputat elədiyi qızı Günay Ağamalı bu gün səhər elan etdi ki, atası ilə vida mərasimi 12:00-da başlayacaq, Heydər Məscidində.

11:25-də artıq vida mərasiminin başladığı barədə mediada məlumat yayıldı.

Bu tələskənliyin səbəbi nədir?

Mənə maraqlı gələn başqa məqamdır: Fəzail Ağamalı nazirəvəzi işləyib, 30 ilə yaxın deputatlıq edib, partiya sədri olub, onun vida mərasiminə və dəfninə də həmkarları gəlməli idi.

Milli Məclisin bugünkü iclası saat 11:00-da başlayacaqdı və deputat Günay Ağamalı bunu əvvəlcədən bilirdi. Vida mərasimini 12:00-a salıb, 11:25-də başlamaq o deməkdir ki, millət vəkillərinin orda iştirakı mümkünsüzə çevrilir.

Bəlkə, məqsədli şəkildə edilib, təmtəraqdan qaçmaq üçün? Belədirsə, nahaq!

Hər şeyi urvatlı etmək gərək...

MM iclası ilə eyni vaxta vida mərasimini salmayaydılar gərək...

Şeyx Teymur

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar