Gəncə şəhərində məktəbli oğlan bıçaqlanıb.
Bakupost.az Oxu.az-a istinadla xəbər verir ki, Gəncə şəhər sakini, 2011-ci il təvəllüdlü M.Yusufzadə küçədə bud nahiyəsindən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat olunub.
İlkin araşdırmalarla M.Yusufzadənin həmyaşıdı tərəfindən bıçaqlandığı bildirilir.
M.Yusufzadə orta məktəbin 9-cu sinif şagirdidir.
Faktla bağlı araşdırma aparılır.