Ru
16:06 / 07 Noyabr 2026

General-mayor olan hərbçilər kimlərdir? - DOSYE

General-mayor olan hərbçilər kimlərdir? -  DOSYE
Eye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, bir general-mayora general-leytenant, 3 polkovnikə isə general-mayor rütbəsi verilib.


"Bakupost" Bizim.Media-ya istinadla general-mayor rütbəsi verilən hərbçilərlə bağlı bəzi məlumatları təqdim edir:

General-mayor rütbəsi alan Elnur Əli oğlu Ələsgərli hərbi idarəetmə və milli təhlükəsizlik sahəsində fəaliyyəti ilə diqqət çəkir. O, 21 iyun 2024-cü ildə Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun rektoru vəzifəsinə təyin edilib.

General-mayor rütbəsi verilən polkovnik Telman Əsgər oğlu Hüseynov Vətən müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanıdır. 2024-cü ildə Telman Hüseynov Əlahiddə Ümumqoşun Ordu komandanının müavini təyin edilib.

General-mayor rütbəsinə layiq görülən polkovnik Hikmət Rövşən oğlu Əliyev də Vətən müharibəsi iştirakçısıdır. O, “Vətən uğrunda” medalı ilə təltif edilib.

Qeyd edək ki, sözügedən Sərəncamla general-mayor Zaur Rüstəmova general-leytenant rütbəsi verilib. Zaur Zeynalabdul oğlu Rüstəmov 1975-ci il ildə İsmayıllının Kürdmaşı kəndində anadan olub. Azərbaycan Hərbi Hava Qüvvələrinin mənsubudur.


Türkiyədə də hərbi təhsil alıb. 1996-cı ildə Azərbaycanın ilk milli hərbi təyyarəçiləri olaraq vətənə qayıdanlar arasında olub. Azərbaycan Ordusun 100 illiyinə həsr olunmuş paradda və 8 noyabr Zəfər paradında təyyarəçilərə öndərlik edib.

7 noyabr 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri komandanının müavini — Hava Döyüş komandiri vəzifəsinə təyin olunub.


Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar