Rusiyada Azərbaycan Dövlət Rus Dram Teatrının tamaşaları ləğv edilib.
Bakupost.az xəbər verir ki, bu barədə "Sibir ekspressi" bildirib.
Qeyd olunur ki, Novosibirsk Qlobus Teatrı Azərbaycan teatrının "Böyük qastrollar" federal proqramında nümayiş etdirilməli olan tamaşalarının ləğv edildiyini elan edib.
Ləğv etmənin səbəbləri açıqlanmır.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycan Dram Teatrının Sibir şəhərlərinə qastrol səfəri uğurla keçirilmişdi. Səfər Novokuznetsk və Kemerovoda göstərilən tamaşalarla başa çatmışdı.
Qeyd edək ki, Rusiyanın Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən nümayişkarcasına törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməllərini və bütövlükdə son dövrlərdə bu kimi halların sistematik xarakter aldığını nəzərə alaraq, Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və s. iyunun 29-da ləğv edilib.
Zaur, BakuPost