Türk Klassik Musiqisinin məşhur sənətçisi Yılmaz Morgül qatıldığı tədbirdə geyimi ilə hər kəsi təəccübləndirib.
Bakupost.az bildirir ki, gecədə mükafat alan Yılmaz Morgül təbiətə diqqət çəkmək üçün ağac adam kimi səhnəyə çıxıb.
Morgül “Təbiəti qoru, canını qurtar” pankartı ilə səhnəyə çıxıb.
“Dünya bu gün heç istəmədiyimiz bir iqlim nöqtəsinə çatıb. Daşqınlar, fəlakətlər və sunamilər artdı.
Bu xəbərdarlıqlara əhəmiyyət vermədiyimiz üçün, demək olar ki, həmişə maska taxacağımız bir dövrə gəldik. Biz insanlar bunu öz əlimizlə etmişik. Təbiətin bizə ehtiyacı yoxdur. Təbiət bizsiz də nəfəs ala bilər, amma biz insanlar təbiətsiz nəfəs ala bilmərik”, - deyə əlavə edib.
Aygün
BakuPost