Ru
14:00 / 01 Dekabr 2022

Gözümlə görmüşəm ki, məhsulun üstündəki köhnə tarixi silir, yenisini vururlar - Deputat

4886
"Supermarketlərdə vaxtı keçmiş məhsullar var. Gözümlə görmüşəm ki, məhsulun üstündəki köhnə tarixi silir, yenisini yazıb “peçat” vururlar”.

Bakupost.az xəbər verir ki, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Rüfət Quliyev bildirib.

“Uşaq qidası ilə bağlı da problem var, qısa zamanda qarşısı alınmasa, bundan böyük problemlər yaranacaq”.

Deputat gömrüklə bağlı da təklif irəli sürüb: “Qaydaya əsasən, 1 təqvim ayı ərzində 300 dollar limiti keçməmək şərti ilə xaricdən mal gətirə bilərsiniz. Orada imkan varmı ki, “yol pulu” deyilən məbləğ həmin 300 dollara daxil edilməsin?”.


Şərhlər
  • Seçici

    Hörmətli millət vəkili öz gözü ilə supermarketdəki qanunsuzluğu görübsə niyə həmin ticarət obyektinin cəzalandırilmasını tələb etməyib ? Milli Məclisdə özünü göstərmək üçün danışmaq lazım deyil. Bizim AQTA-nın da yəqin oraya yolu düşməyib.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər