Ru
12:27 / 03 Sentyabr 2024

Güclü yağışlar nəticəsində ölənlərin sayı 35-ə çatdı

Güclü yağışlar nəticəsində ölənlərin sayı 35-ə çatdı
Eye

Hindistanın cənubunda güclü yağışlar nəticəsində ölənlərin sayı 35-ə çatıb

Bakupost.az xəbər verir ki, Hindistan Meteorologiya İdarəsinin (IMD) verdiyi açıqlamada, Andhra Pradeş və Telangana əyalətlərində davam edən leysan yağışların gündəlik həyatı pozduğu bildirilib.

Yağışların səbəb olduğu qəza və fəlakətlər nəticəsində Telanqana əyalətində 16, Andhra Pradeş əyalətində isə 19 nəfər ölüb.

Açıqlamada Telanqana ştatında güclü yağışlar nəticəsində alçaq ərazilərin su altında qaldığı və kənd təsərrüfatı məhsullarına ziyan dəydiyi, Andhra Pradeşdə dəmir yollarında və avtomobil yollarında fasilələrin olduğu bildirilib.

IMD hər iki ştatda yağışların artmağa davam edəcəyi barədə xəbərdarlıq edib.


Elnur
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar