Ru
12:48 / 27 Noyabr 2023

Həkimlərimiz 50 min maaş alacaq - Kliniki Tibbi Mərkəzin direktoru - VİDEO

 Həkimlərimiz 50 min maaş alacaq - Kliniki Tibbi Mərkəzin direktoru - VİDEO
Eye

Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov Bakupost.az -a geniş videomüsahibə verib.

O bildirib ki, KTM ölkənin, eləcə də regionun ən qabaqcıl tibb mərkəzi olmasına iddialıdır.
Bunun üçün ən müasir standartlara cavab verən Təcili Tibbi Yardım şöbəsi yaradılıb.
Şöbə bayram və bazar günləri də daxil olmaqla 7 həkim və 7 tibb bacısı 7/24 saat ərzində xəstələri qəbul edir. Bu şöbəyə hər ay orta hesabla şöbəyə 2000-ə yaxın müraciət daxil olur. Müraciət edən bütün xəstələrə ilkin təcili və təxirəsalınmaz tibbi yardım göstərilir.

K.Ələkbərova bildirib ki, İcbarı Tibbi Sığortanın tətbiqindən sonra Urologiya şöbəsi də yaradılıb.
Ən son texnologiyalarla təmin olunan Kliniki Tibbi Mərkəzin Urologiya şöbəsində icbari sığortanın Xidmətlər Zərfində nəzərdə tutulan bütün endoskopik və laparoskopik uroloji əməliyyatlar uğurla icra olunur.
“Burada çalışan həkimlərimizin başlıca məqsədi ən son tibbi müalicə üsulları ilə xəstələrin qısa zamanda sağalıb, normal həyata dönmələrini təmin etməkdir”.

Yaradılan şöbələrdən biri də Neyrocərrahiyyə şöbəsidir. Direktor bildirib ki, bu şöbənin yaradılması strateji məsələdir. Belə ki, burada yüksək ixtisaslı mütəxəssislərlə yanaşı, ən müasir avadanlıqlar istifadə olunur.

Direktor yaxın vaxtlarda açılacaq yeni şöbələr, onların ölkə səhiyyəsi üçün əhəmiyyətindən, gətirilən yeni avadanlıqlardan, qurduğu ən müasir laboratoriyadan, doğum şöbəsindən geniş şəkildə danışıb, eləcə də yüksək ixtisaslı mütəxəssislərin cəlb edilməsi, onlara verilən əmək haqqı barədə maraqlı məlumatlar verib.



 Həkimlərimiz 50 min maaş alacaq - Kliniki Tibbi Mərkəzin direktoru - VİDEO
Şərhlər
  • Veteran

    Bütün qohumlarını həkim,tibb bacısı nə bilim nə zad ,şey adına yanına yığıb talançılıqla məşğulsan ay naxırçı .

  • Vətəndaş

    Əgər xəstəxanaıat müasir avadanlıqlarla,təcrübəli həkimlərlə təmon olunubsa niyə imkanı olan xəstələr xaricə üz tutur?ikinci tərəfdən hansı haqla və hansı baza ilə həkimlərə 50 000 manat maaş verilə ilər?Azərbaycanın kifayət qədər imkanı olduğu ,ölkəni işsiz ordusu bürüdüyü,maaş və pensiyaların aşağı olduğu halda səhiyyədə bu ağılasığmaz qiymətlərin mövcudluğunu nə ilə əsaslandırmaq olar? Xəstəliklərin çox yayıldığı,insanların orta ömr uzunluğunun getdikcə qısalması səhiyyənin jeyfiyyətini əks etdirmirmi?Lovğalığın səbəbi nədir?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar